EN

Çin Xarici İşlər Nazirliyi Bayden və Si Tsinpinin danışıqlarını müsbət dəyərləndirib

Bakı. Trend:

Çin Xarici İşlər Nazirliyi Çin Xalq Respublikasının sədri SiTsinpin və ABŞ prezidenti Co Bayden arasında keçirilən danışıqlarıyüksək qiymətləndirib. Nazirlik, bu görüşün Pekin və Vaşinqtonarasındakı münasibətlərin gələcək inkişaf istiqamətini müəyyənetdiyini bildirib.

Trend xəbər verirki, Çin Xarici İşlər Nazirliyinin rəsmi bəyanatına əsasən, tərəflərABŞ-Çin münasibətlərinin inkişafı, fikir ayrılıqlarının düzgünidarə olunması və beynəlxalq, eləcə də regional məsələlərdəəməkdaşlıq barədə səmimi və konstruktiv müzakirələr aparıblar.

“Görüş zamanı tərəflər dialoqun və əməkdaşlığıngücləndirilməsinin vacibliyi ilə bağlı mövqelərini bölüşüb vəgələcək münasibətlərin inkişaf istiqamətini müəyyən ediblər,” -deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, Bayden və Si Tsinpin arasında görüş Limadakeçirilən APEC sammiti çərçivəsində baş tutub və iki saatdan azdavam edib.

Chosen
29
az.trend.az

1Sources