EN

Fırtınanın vurduğu Hondurasda fövqəladə vəziyyət elan edilib

"Sara" tropik qasırğasının səbəb olduğu güclü yağışlardan sonra Hondurasda milli fövqəladə vəziyyət elan edilib.

“İki sahil”in məlumatına görə, Honduras prezidenti Xiomara Kastro noyabrın 14-dən etibarən ölkənin şimal, qərb və şərqində 5 əyalətdə təsirli olan "Sara" Tropik Fırtınası səbəbilə 30 günlük Milli Fövqəladə Hal elan etdiyini açıqlayıb.

Kastro bu qərarı Risklərin İdarə Edilməsi və Milli Fövqəladə Hallar Katibliyinin (Copeco) hesabatına uyğun olaraq verib.

Səlahiyyətlilər, "Sara" tropik qasırğasının 32 mindən çox insana təsir etdiyini, 578 nəfərin təxliyə edildiyini, 86 evin zərər gördüyünü, bəzi magistral yollarda daşqın və sürüşmələrin baş verdiyini bildiriblər.

Axtarış-xilasetmə işlərinə silahlı qüvvələrlə yanaşı mülki müdafiə qruplarının da dəstək verdiyi paylaşılıb.

ABŞ Milli Qasırğa Mərkəzi (NHC) noyabrın 15-də verdiyi açıqlamada sürəti saatda 75 kilometrə çatan və Hondurasın şimal sahillərini vuran "Sara" tropik qasırğasının saatda 17 kilometr sürətlə qərbə doğru irəlilədiyini açıqlayıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Chosen
47
ikisahil.az

1Sources