EN

ABŞ və Şimali Koreya arasında danışıqlarda Cənubi Koreyanın iştirakı tələb edilir

Cənubi Koreyanı danışıqlar prosesindən tamamilə kənarlaşdıran Şimali Koreya çətin ki, ABŞ-la görüşlər keçirə bilsin.

APA xəbər verir ki, bu barədə Koreya Respublikasının birləşmə naziri Kim Yonq Ho KBS telekanalına müsahibəsində bildirib.

“Şimali Koreyanın Seuldan keçmədən birbaşa Vaşinqtona getməsi çətin olacaq, biz Cənubi Koreya ilə ABŞ arasında əməkdaşlıq sistemini biz möhkəm edirik” – nazir deyib.

O əlavə edib ki, Şimali Koreya ilə mümkün danışıqlara hazırlıq üçün Vaşinqton öz hərəkətlərini Seulla əvvəlcədən razılaşdırmalıdır. Onun sözlərinə görə, ABŞ və Cənubi Koreya Pxenyanla mümkün dialoqla bağlı prinsipləri özündə əks etdirən sənəd hazırlamalıdır.

Chosen
33
3
apa.az

4Sources