EN

İran BAEA-nı şantaj edib

İran Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Rəhbərlər Şurasının Tehranın düşmənçilik hesab etdiyi qətnamənin qəbul edilməsinə cavab olaraq müvafiq tədbirlər görəcək.Bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

"BAEA Rəhbərlər Şurası tezliklə iclas keçirəcək. Orada anti-İran qətnaməsinin qəbul ediləcəyi ehtimalı var. Əgər onlar bizə qarşı qətnamə qəbul etsələr, İrandan proporsional cavab alacaqlar. Biz nüvə proqramımızla bağlı yeni tədbirlər görəcəyik ki, bu da onların heç xoşuna gəlməyəcək”, - deyə Əraqçi bildirib.

www.anews.az
Chosen
18
11
anews.az

10Sources