EN

Rusiya Gürcüstanın keçmiş müdafiə nazirini qiyabi həbs ETDİ

Gürcüstanın keçmiş müdafiə naziri David Kezeraşvili axtarışa verilib və Rusiyada qiyabi həbs edilib.
 
Bu barədə TASS hüquq-mühafizə orqanlarına istinadən xəbər yayıb.
 
O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsi (xüsusilə böyük miqyasda dələduzluq) 4-cü hissəsində nəzərdə tutulmuş cinayəti törətməkdə ittiham olunur. Kezeraşvilinin nümayəndələri bu qərardan apellyasiya şikayəti verməyiblər və qərar qüvvəyə minib.
Chosen
85
10
moderator.az

10Sources