Noyabrın 15-də Azərbaycan və Türkiyə arasında turizm sahəsində əməkdaşlığı gücləndirməyi və turizm əlaqələrini inkişaf etdirməyi nəzərdə tutan saziş imzalanıb.
Sənədi Azərbaycan tərəfindən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Türkiyə tərəfindən isə Mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy imzalayıb.
Sazişdə ölkələr arasında qonaqpərvərlik, turizm sahəsi və qanunvericiliyi istiqamətində məlumat mübadiləsi, turizm statistikasının təkmilləşdirilməsi, qastroturizm, turizm təhsili sahəsində əməkdaşlıq və investisiya təşviqinin əsasları kimi məsələlər xüsusi vurğulanır.
Həmçinin sazişdə mediatur, infotur, tədbir və seminarların təşkili, birgə səyahət marşrutunun inkişaf etdirilməsi, qarşılıqlı təbliğat və marketinq fəaliyyəti ilə turist axınını artırmaq, təbii və mədəni irsin qorunması, eləcə də tanıdılması istiqamətində birgə fəaliyyətlərin həyata keçirilməsi ilə bağlı mövzular əksini tapır.
2024-cü ilin yanvar-oktyabr dövründÉ™ AzÉ™rbaycana sÉ™fÉ™r edÉ™n TürkiyÉ™ vÉ™tÉ™ndaÅŸlarının sayı 357 615 nÉ™fÉ™r təşkil edib ki, bu da ötÉ™n ilin eyni dövrü ilÉ™ müqayisÉ™dÉ™ 16 % artımdır. Â