EN

ABŞ-də meymunçiçəyi aşkarlandı

Afrikada müəyyən edilmiş meymunçiçəyinin yeni ştamına ABŞ-da ilk yoluxma hadisəsi qeydə alınıb.

Bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Məlumata görə, yeni ştama yoluxmuş şəxs Şərqi Afrikaya səyahət etdikdən sonra ABŞ-a qayıdıb. Hazırda o, Kaliforniyada xəstəxanada müalicə olunur.

Qeyd edək ki, bu ilin əvvəlində meymunçiçəyinin yeni, daha yoluxucu bir növü ortaya çıxıb. Sentyabrın sonundan bəri, əsasən Burundi, Uqanda və Konqo Demokratik Respublikasında 3,1 mindən çox yoluxmuş insan müəyyən edilib.

Almaniya, Hindistan, Böyük Britaniya və digər ölkələrdə də yoluxma halları qeydə alınıb.

Avqustun 14-də Ümumdünya Səhiyyə Təşkilatı dünyanın bir sıra ölkələrində meymunçiçəyi xəstəliyinin yayılması ilə əlaqədar ictimai səhiyyə sahəsində fövqəladə vəziyyət elan edib.

Meymunçiçəyi mərkəzi və qərbi Afrikanın ucqar ərazilərində ən çox yayılmış nadir yoluxucu xəstəlikdir. Onun simptomları ürəkbulanma, qızdırma, səpgi, qaşınma və əzələ ağrısıdır.

"Cebheinfo.az"

Chosen
16
10
cebheinfo.az

10Sources