EN

Sina Əsgərpurdan ittihamlar: “Azərreyl”də əziyyətimin qarşılığını görmədim, hörmət etmədilər” - MÜSAHİBƏ

“Murov Az Terminal”ın voleybolçusu Sina Əsgərpurun İdman.bizə müsahibəsi

- Ötən mövsüm çempion olduğunuz “Azərreyl”i “Murov Az Terminal”a dəyişdiz. Dəyişikliyi nə ilə əlaqələndirərdiz?

- ⁠Açıq danışacam. “Azərreyl”də çəkdiyim əziyyətin qarşılığını görmədim. Hörmət edilmədi. Lakin “Murov Az Terimnal”da belə deyil. Bu klub ailə kimidir. Burada tam başqa bir səmimiyyət var. Hamı bir-birinə dəstək olur. Ona görə də bu kluba keçmək qərarını verdim. Buna görə də heç peşman deyiləm.

- Bəs təklif kimdən gəldi?

- ⁠”Murov Az Terminal” komandasının rəhbərliyi məni bəyəndiyini bildirdi. Bundan sonra danışıqlar oldu. Yekunda sevə-sevə də bu komanda ilə müqavilə imzaladım.

- ⁠Azərbaycan voleybolu barədə nə düşünürsən?

- ⁠Təbii ki, getdikcə rəqabət artır. Günü-gündən inkişaf edirik. Hər il səviyyə daha da yüksəlir. Bu, kişi voleyboluna aiddir. Çünki qadın komandalarında bu, tam başqadır və əksinə, geriləmə gedir.

- Artıq “Murov Az Teriminal”da adaptasiya dövrünü geridə qoyduğunuzu demək olar?

- ⁠3 mövsümdür ki, Bakıdayam. Hər ili də ayrı-ayrı klublarda keçirmişəm. Ən yaxşı və səmimi komanda məhz indikidir. Burada oyunçuya dəyər verirlər. Komanda yoldaşlarımla da ünsiyyətdə heç bir problem yaşamadım. Hamı mənə dəstək oldu. Hər biri ilə də qardaşıq və dostluq münasibətlərimiz mövcuddur.

Banuçiçək Hüseynli
İdman.biz

Chosen
32
idman.biz

1Sources