EN

Millət vəkilləri Kiprdə Azərbaycan ziyalıları ilə görüşdü – FOTOLAR

Kuzey Kıbrıs Türk Cümhuriyyətində səfərdə olan Milli Məclis üzvləri Cavanşir Feyziyev və Tural Gəncəliyev bu ölkədə yaşayan Azərbaycan ziyalıları ilə görüşüblər. Görüş Girne şəhərində yerləşən və bu ilin əvvəllərindən fəaliyyətə başlamış Azərbaycan Mədəniyyət mərkəzində baş tutub. Görüşdən əvvəl millət vəkilləri və görüş iştirakçıları Heydər Əliyevin Mədəniyyət Mərkəzinin önündə ucaldılmış büstü qarşısına gül dəstələri düzərək Ulu Öndərin xatirəsini hörmətlə yad ediblər. Daha sonra Mədəniyyət Mərkəzinin rəhbəri Orxan Hasanoğlu Mədəniyyət mərkəzinin fəaliyyəti haqqında danışıb və görüş iştirakçılarının hər biri barədə millət vəkillərinə qısa məlumat verib. Cümhuriyyətin elan olunmasının 41- ci ildönümü ilə bağlı keçirilən dövlət tədbirlərində iştirak etmək üçün bu ölkəyə gəldiklərini bildirən millət vəkili Cavanşir Feyziyev burada yaşayan Azərbaycanlılarla bir arada olmaqdan məmnunluğunu ifadə edib. Görüşdə iştirak edən Azərbaycanlı Universitet professorları, müəllimlər və həkimlər, hüquqşünaslar, rəssamlar və iş adamları iki ölkə arasında münasibətlərin inkişafından, xüsusilə Parlamentlər arası işçi qrupun yaradılmasından razı qaldıqlarını və ikitərəfli münasibətlərin dərinləşməsinə öz töhfələrini verməyə hazır olduqlarını bildiriblər. Parlamentlər arası İşçi qrupun rəhbəri, millət vəkili Cavanşir Feyziyev görüş iştirakçıları qarşısında çıxış edərək Kuzey Kıbrıs Türk Cümhuriyyəti ilə əlaqələrimizin ortaq tariximizə və mədəniyyətimizə söykəndiyini vurğulayıb. Millət vəkili qeyd edib ki, bu türk ölkəsinin hazırki beynəlxalq statusunun qeyri- müəyyən olmağına baxmayaraq Kıbrıs türkləri də böyük türk dünyasının bir parçasıdır. Millət vəkili soydaşlarımızın bu ölkədə əmin- amanlıq şəraitində yaşayıb işləməsini təqdir edib və soydaşlarımızı ölkənin ictimai- siyasi həyatında daha yaxından iştirak etməyə çağırıb. Görüşün sonunda Mədəniyyət Mərkəzinin önündə xatirə fotoları çəkilib.

 

Chosen
47
6
moderator.az

7Sources