EN

Beynəlxalq Alyansın Əməliyyatlar üzrə Baş direktoru: Azərbaycan COP29 çərçivəsində qlobal iqlim təşəbbüslərinə mühüm töhfə verir

Ümid edirəm ki, COP29 çərçivəsində iqlim dəyişikliyi ilə mübarizə məqsədilə maliyyələşdirməyə dair qlobal öhdəliklərə nail olunacaq. İqlim dəyişmələrinin təsirlərinin azaldılması istiqamətində hökumətlərin belə mühüm öhdəliklər götürməsi böyük əhəmiyyət daşıyır.

“İki sahil” xəbər verir ki, bu fikirləri COP29-da iştirak edən Beynəlxalq Alyansın Əməliyyatlar üzrə Baş direktoru Coşua Viklif deyib.

O, COP29-un yüksək səviyyədə təşkil edildiyini vurğulayaraq diqqətə çatdırıb: “Azərbaycanın bu tədbiri təşkilatçılıq baxımından müstəsna səviyyədə keçirdiyini müşahidə etdim. Mən bir çox COP tədbirlərində iştirak etmişəm, lakin bu bölgədə ilk dəfədir oluram. Burada göstərilən qonaqpərvərlik heyranedicidir, nəqliyyat sisteminin effektiv fəaliyyəti xüsusilə təqdirəlayiqdir. Təhlükəsizlik tədbirləri yüksək səviyyədə təmin edilib, qaldığımız otellər son dərəcə komfortludur. Ümumilikdə, logistika və təşkilatçılıq işləri ilə bağlı yalnız müsbət fikirlər səsləndirə bilərəm. Bu tədbir çərçivəsində Azərbaycanda olduqca xoş vaxt keçiririk”.

Chosen
26
1
ikisahil.az

2Sources