EN

Seneqalda növbədənkənar parlament seçkiləri keçirilir

Seneqalda növbədənkənar parlament seçkilərində səsvermə başlayıb. Seçkilər zamanı 165 deputatdan ibarət Milli Assambleyanın (birpalatalı parlamentin) yeni tərkibi formalaşdırılacaq.

Bu barədə Cənubi Afrikanın SABC radiostansiyası məlumat yayıb.

Bildirilib ki, parlamentdə yer uğrunda 41 partiya və koalisiya mübarizə aparır. Hazırkı iqtidar, ölkənin Baş naziri Usman Sonkonun rəhbərlik etdiyi sol mərkəzçi “Əmək, etika və qardaşlıq uğrunda Seneqal vətənpərvərləri” (PASTEF) partiyası ilə təmsil olunur.

PASTEF-in rəqibi keçmiş prezident (2012-2024) Maki Salın rəhbərlik etdiyi mərkəzçi müxalif “Takku Wallu Senegal” (volof dilindən tərcümədə “Seneqalı xilas etmək üçün birləşərək”) koalisiyasıdır.

Qeyd olunub ki, Seneqalda qeydiyyatdan keçmiş seçicilərin sayı 7,3 milyondur. Seçkilər bir turda, lakin iki qayda üzrə keçirilir. 112 deputat regional dairələr üzrə, qalan 53 deputat isə ümummilli dairə üzrə seçilir. Parlament çoxluğunu qazanmaq üçün partiya və ya koalisiya ən azı 83 deputat mandatı qazanmalıdır.

Chosen
52
1
news365.az

2Sources