EN

Frank Peloninin Azərbaycana səfərinə qarşı etiraz aksiyası keçirilir

Bu gün bir qrup Azərbaycan QHT təmsilçiləri 2024-cü il noyabrın 16-da islamafob, türkofob, maliyyə fırıldaqçısı, korrupsioner ABŞ konqresmeni Frank Peloninin Azərbaycana səfərinə etiraz edərək, onun qaldığı otelin qarşısında dinc etiraz aksiya keçirib və onun Azərbaycan xalqından üzr istəməsini tələb edib.

"Unikal" Trend-ə istinadən xəbər verir ki, etirazçılar daxili işlər naziri Vilayət Eyvazova müraciət edib.

Müraciətə qeyd edilib ki, o, müharibə cinayətkarlarına himayəçilik edən şəxsdir. Qarabağda işğal dövründə təbiət məhv edilib, ərazi ekoloji böhran vəziyyətinə düşüb. Belə bir şəxsin dünyada iqlim dəyişmələrinə həsr olunmuş qlobal ekoloji tədbirə BMT tərəfindən dəvət edilməsi COP tarixinə utancverici hadisə kimi düşəcək.

"Keçirdiyimiz aksiya zamanı Frank Peloni mühafizəçilərinə bizə hücum etmək tapşırığı verib, özü isə suallarımıza cavab verməyib. Frank Peloni Azərbaycan xalqına nifrət edən şəxsdir, onun bütün fəaliyyəti Azərbaycana qarşı iftiralar üzərində qurulub. O, ABŞ-da erməni lobbisinin maraqlarını müdafiə edir, dəfələrlə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmətsizlik edib. Biz təəssüf edirik ki, BMT belə bir şəxsi COP29-a dəvət edib. Dinc aksiya zamanı Frank Peloninin mühafizəçiləri bizlərə xəsarətlər yetirib, müxtəlif dərəcəli zədələr almışıq. Bizim həyatımızı yerli hüquq-mühafizə orqanları xilas edə bildi. Biz dinc etiraz aksiyasında iştirak edən QHT nümayəndələri olaraq Sizə müraciət edərək, aksiyanın foto və video görüntülərin araşdırılmasını, Frank Peloninin mühafizəçilərinin cinayət məsuliyyətinə cəlb olunmasını xahiş edirik", - müraciətdə bildirili

İmza:

1. Könül Behdudova – “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin sədri

2. Xatirə Vəliyeva – “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri
3. Naibə Behdudova – “Qürur” Şəhid Ailələri Xeyriyyə İctimai Birliyinin sədri
4. Qəmzə Yusubova - Ekoloji Maarifçilik və Monitorinq İctimai Birliyinin sədri
5. Rahilə Mehtiyeva - "Sosial-iqtisadi və Ekoloji İnkişaf" İctimai Birliyinin sədri
6. Amin Məmmədov - “Environmental Protection First” Koalisiyasının həmtəsisçisi
7. Asim Vəliyev - “Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri
8. Telman Qasımov - “Elmi Araşdırmalar” İctimai Birliyinin sədri
9. Nailə İsmayılova - Yeni Həyat Humanitar Və Sosial Dayaq İctimai Birliyi
10. Fatma Hacıyeva - "Vəfa" Sosial Problemlərin Həllinə Dəstək İctimai Birliyinin sədri
11. Fuad Kərimli - İqtisadi və Sosial İnkişaf Mərkəzi İctimai Birliyinin fəalı
12. Elçin Muxtarlı - Sağlamlığa Xidmət İctimai Birliyinin sədri
13. Zülfiyyə Nuriyeva - Sosial-İqtisadi və Kənd Təsərrüfatını İnkişafına Dəstək İctimai Birliyinin sədri
14. Ruxsarə Axundova - “Könül Evi” Aztəminatlı Ailələrə Yardım İctimai Birliyinin sədri
15. Mehriban Abdullayeva - “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin sədri
16. İradə Rizazadə - Vətəndaşların Sosial Rifahi Naminə İctimai Birliyinin sədri
17. Rəşad Mehdiyev - "Gilavar Foto Klubu" İctimai Birliyinin sədri
18. Elşad Məmmədli - Vətəndaş Maarifləndirməsi İctimai Birliyinin fəalı
19. Araz Əhmədov - "İnternat Məzunlarının Sosial İnteqrasiyasi" Gənclər İctimai Birliyinin sədri
20. Cəsarət Hüseynzadə - İnformasiya və Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri
21. Mahirə Əmirhüseyova - XXI əsrin Qadınları İctimai Birliyinin sədri
22. Ədil Ədilzadə - Yeni Həyat-İqtisadi İnkişaf İctimai Birliyinin sədri
23. Ayaz Hüseynov - "Hemofiliyalı Xəstələr" İctimai Birliyinin sədri
24. Dünyaxanım Əliyeva – “Dünya, Ana və Uşaqlar” İctimai Birliyinin sədri.

Chosen
17
27
unikal.az

10Sources