EN

İqlim dəyişikliyinə cavab vermək üçün təcili tədbirlər görülməlidir - Uruqvay Senatının üzvü

Bakı. Trend:

İqlim dəyişikliyinə cavab vermək üçün təcili tədbirlərgörülməlidir.

Trend xəbər verirki, bunuUruqvay Senatının üzvü İrene Moreyra COP29 çərçivəsindəParlamentlərarası İttifaqın (IPU) və Azərbaycan RespublikasınınMilli Məclisi birgə təşkil etdiyi parlament iclası çərçivəsində“Dəyişən iqlim şəraitində sağlamlığın və ərzaq təhlükəsizliyininqorunması tədbirləri” sessiyasında çıxışı zamanı deyib.

"İqlim dəyişikliyinə cavab olaraq təcili tədbirlərin görülməsinəehtiyac olduğunu dərk etmək çox vacibdir. İcmalarımızın, xüsusən dədolanışıqları birbaşa torpaqdan asılı olanların davamlılığınıgücləndirmək üçün siyasətlərə ehtiyac var. Əhalinin sağlamlığınıyaxşılaşdıran, kənd təsərrüfatı infrastrukturunu inkişaf etdirən vəhamı üçün ərzaq təhlükəsizliyini təmin edən konkret iqlimfəaliyyətini təşviq etmək vacibdir", - deyə o bildirib.

İ.Moreyra vurğulayıb ki, istilik dalğaları, quraqlıq vədaşqınlar kimi ekstremal hava hadisələri təkcə infrastruktur vəekosistemlərə deyil, həm də əhalinin sağlamlığına təsirgöstərir.

"Məsələn, isti dalğaları, xüsusilə əhalinin ən həssas təbəqələri- yaşlılar və uşaqlar arasında ölüm nisbətlərini artırır. Daşqınlarvə quraqlıqlar, öz növbəsində, yoluxucu xəstəliklərin yayılmasınasəbəb ola bilər və içməli su təchizatını təhdid edə bilər", - deyəo bildirib.

Qeyd edək ki, tədbirdə Parlamentlərarası İttifaqının (IPU)Azərbaycandan vitse-prezidenti, Milli Məclisin deputatı SevilMikayılova da iştirak edir.

Xatırladaq ki, ötən gün Bakıda COP29 çərçivəsindəParlamentlərarası İttifaq və Azərbaycan Milli Məclisinin birgətəşkilatçılığı ilə Parlament Görüşü öz işinə başlayıb. TədbirdəParlamentlərarası İttifaqın prezidenti Tulia Akson, AzərbaycanMilli Məclisinin sədri Sahibə Qafarova, həmçinin Parlamentlərarasıİttifaqın Azərbaycandan vitse-prezidenti, Milli Məclisin deputatıSevil Mikayılova iştirak ediblər.

İki günlük tədbirdə 66 ölkədən və beynəlxalq təşkilatlardan 92nümayəndə heyətinin, 330-dək iştirakçının qatılacağı tədbirdə 12spiker və vitse-spiker başda olmaqla, 167 parlament üzvü iştirakedir.

Məqalədə:
Chosen
18
1
az.trend.az

2Sources