EN

Dembele 7 il sonrakı planını açıqladı - Görün, hansı işlə məşğul olacaq?

PSJ-nin və Fransa millisinin vingeri Usman Dembele butslarını mismardan asacağı tarixi açıqlayıb və karyerasını bitirdikdən sonrakı planlarından danışıb. 

Fanat.Az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi bu barədə komanda yoldaşları ilə birlikdə iştirak etdiyi “Bridge” podkastına danışıb. 

"Dailysports", aparıcısı "Real Madrid"in yarımmüdafiəçisi Ourelye Tçuameni olan verilişə istinadən Dembelenin sözlərini belə çatdırıb: 

"34 yaşımda təqaüdə çıxmaq istəyirəm. Sonra daşınmaz əmlak biznesi ilə məşğul olmaq istəyirəm. Afrikaya, Fransaya sərmayə qoyacağam".

Xatırladaq ki, 2017-2023-cü illər aralığında "Barselona"da çıxış edən Usman ötən yaydan PSJ-nin uğurları üçün çalışır.  

Mirağa

Chosen
11
fanat.az

1Sources