EN

Abxaziyada sabitlik daha da pozulacaq - Bjaniya

Abxaziyadakı siyasi böhranın güc yolu ilə həlli sabitliyin daha da pozulmasına gətirib çıxaracaq.

SeherXeber.org xəbər verir ki, bunu Abxaziya “prezidenti” Aslan Bjaniya deyib.

“Abxaziya müxalifətinin açıq şəkildə üstünlük verdiyi hərbi həll yolu sabitliyin daha da pozulmasına, iqtisadi itkilərə və humanitar böhrana gətirib çıxaracaq. Sülh yolu ilə həll, əksinə, sabitliyin bərpası, investisiyaların cəlb edilməsi və Abxaziyanın iqtisadi inkişafı üçün şərait yaradacaq”, - Bjaniya bildirib.

Qeyd edək ki, Aslan Bjaniya baş verən kütləvi etiraz aksiyalarından sonra Suxumidən qaçıb və doğulduğu kəndə - Tamışa sığınıb. Şəhərdəki bütün hökumət binaları etirazçıların əlindədir.

Chosen
6
9
seherxeber.org

10Sources