“Şamaxı” bu gün yoxlama oyunu keçirib.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Premyer Liqa təmsilçisi Şamaxı şəhər stadionunda MOİK-i qəbul edib. Görüş meydan sahiblərinin 7:0 hesablı qələbəsi ilə başa çatıb.
"Şamaxı"nın heyətində Belajdi Pusi (3), Giorgi Kantariya, Brahim Konate, Səbayıl Bağırov və Emin Zamanov fərqlənib.