EN

Çin lideri: Digər ölkələri tərəf seçməyə məcbur etmək qəbuledilməzdir

Çin və ABŞ həmişə bəşəriyyətin gələcəyini və taleyini düşünməli, dünya sülhü üçün məsuliyyət daşımalıdır.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Sədri Si Cinpin Amerika lideri Cozef Baydenlə görüşü zamanı deyib.

Onun sözlərinə görə, Çin və ABŞ qlobal birlikdə fəal rol oynamalı, o cümlədən sağlam qarşılıqlı əlaqələri qorumalı, bir-birini təqib etməməli və digər ölkələri tərəf seçməyə məcbur etməməlidir.

Çin lideri həmçinin Pekin və Vaşinqton arasında münasibətlərdə dörd qırmızı xətti qeyd edib: Tayvan məsələsi, demokratiya və insan haqları, ÇXR-in ictimai-siyasi sistemi və Çinin inkişaf hüququ:

“Çin və ABŞ arasında ziddiyyətlər və fikir ayrılıqları qaçılmazdır, lakin heç bir tərəf digərinin əsas maraqlarını pozmamalı və münaqişəyə can atmamalıdır”.

Bayden və Si Cinpin arasında Limada baş tutan görüş iki saatdan az davam edib.

Chosen
6
7
nocomment.az

10Sources