EN

İqlim dəyişmələrinin səhiyyə sistemlərinə təsiri müzakirə olunub

2024-cü il noyabrın 16-da COP29 çərçivəsində Yaşıl Zonada yerləşən Milli QHT Forumu Pavilyonunda “Sağlamlığa Xidmət” İctimai Birliyi və “Beynəlxalq Stop Vərəm” Tərəfdaşlığının birgə təşkilatçılığı ilə “İqlim dəyişmələrinin səhiyyə sistemlərinə təsiri”, “Anti-mikrobial davamlılıq (AMD) haqqında maarifləndirmənin artırılması və 2024-cü il BMT-nin AMD üzrə siyasi bəyannaməsinin icrası” mövzularında panel müzakirələri təşkil edilib.
 

Müzakirələrdə Kamerunun millət vəkili Nqayap Pier Flambe, Keniya Parlament üzvü Stefen Myul, Zambiya Parlamentinin üzvü Xristofer Xalila, həmçinin Milli Məclisin Səhiyyə Komitəsinin üzvləri - Pərvanə Vəliyeva, İlham Məmmədov, Müşfiq Məmmədli iştirak ediblər.


Müzakirələrdən sonra sual-cavab sessiyası baş tutub.

Chosen
19
qht.az

1Sources