EN

Alman kansler Putinə niyə zəng etdiyini AÇIQLADI

Almaniya kansleri Olaf Şolts niyə Rusiya prezidenti Vladimir Putinlə telefon danışığına başlamaq qərarına gəldiyini açıqlayıb.

Musavat.com bildirir ki, onun sözlərini "RİA Novosti" sitat kimi təqdim edib.

Kanslerin sözlərinə görə, Amerika və Rusiya prezidentləri arasında danışıqlar aparılsa, mühüm Avropa ölkəsinin hökumət başçısı kənarda qalmamalıdır.

“Bəlkə də Almaniyada fərqli düşünənlər var, amma mən onlardan deyiləm”, - Şolts G20 sammitinə gəldiyi Rio-de-Janeyroda jurnalistlərə deyib.

Onun çıxışı "Welt" telekanalında yayımlanıb.

Cümə günü baş tutan söhbət Berlinin təşəbbüsü ilə təşkil olunub. Kreml və Almaniya hökuməti söhbətin işgüzar, ətraflı və səmimi olduğunu təsdiqləyib.

Musavat.com

Chosen
48
1
musavat.com

2Sources