İspaniya Sequndasında çıxış edən "Levante" komandasının oyunçuları son turun oyununda qeyri-adi aksiya reallaşdırıblar.
Fanat.Az xəbər verir ki, futbolçular ötən gün “Elçe” ilə keçirilən 15-ci turun oyununa sinəsinə palçıq ləkələri dizayn edilmiş xüsusi forma geyinərək çıxıblar.
Beləliklə, klub İspaniyada baş verən güclü daşqınların nəticələri ilə mübarizədə kömək edən hər kəsə dəstəyini ifadə edib: “En homenatge a tots aquells aquells que vau estar quan us vam necesitar” ("Ehtiyacımız olanda yanımızda olan hər kəsə minnətdarlıq əlaməti olaraq").
Aksiya klubun zərər çəkənlər üçün vəsait toplamaq təşəbbüsünə xidmət edib.
Mirağa