EN

Sabah paytaxtda fasilələrlə yağış yağacağı gözlənilir

Azərbaycanda noyabrın 18-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-9° isti, gündüz 10-13° isti olacaq. Atmosfer təzyiqi 766 millimetr civə sütunundan 762 millimetr civə sütununa enəcək. Nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə havanın arabir yağıntılı olacağı, bəzi dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Arabir duman olacaq, Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 10-15° isti olacağı proqnozlaşdırılır.

Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən, Gədəbəy, Göygöl rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qara keçəcəyi gözlənilir. Arabir duman olacaq, Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5° isti, bəzi yerlərdə 3°-dək şaxta, gündüz 5-10°isti olacağı bildirilir.

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi dağlıq ərazilərdə qısamüddətli az yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5° isti, dağlıq ərazilərdə 5° şaxta, gündüz 5-10° isti olacağı ehtimal edilir.

Gəncə və Naftalan şəhərlərində, Qazax, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı gözlənilir. Arabir duman olacaq, Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 1-6°, gündüz 10-15° isti olacağı ehtimalı var.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə dumanlı, çiskinli olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5°, gündüz

10-15° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.

Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Saatlı, Göyçay, Ucar, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin səhər bəzi şərq rayonlarında qısamüddətli leysan xarakterli yağış yağacağı gözlənilir. Arabir duman olacaq, Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-7°, gündüz 12-16° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabad rayonlarının bəzi yerlərində havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Gündüz yağıntılar tədricən kəsiləcək. Arabir duman olacaq, Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3-6°, gündüz 10-15° isti, dağlarda gecə 2-4°, gündüz 5-7° isti olacağı proqnozlaşdırılır.

Chosen
7
21
yeniazerbaycan.com

10Sources