“Maşın sürməyi öyrənirdim, qəza törətmişdim, səhv anlaşıldı”.
Medianews.az titul.az-a istinadən xəbər verir ki, bunu əməkdar artist Rühəngiz Allahverdiyeva ARB-nin efirində ilk dəfə həyat yoldaşından ayrılma səbəbi ilə bağlı danışarkən bildirib.
Xanım sənətçi qeyd edib ki, mediada guya onunla birgə qəza zamanı avtomobildə kişi “dostunun” olduğu qeyd edilmişdi: “Amma yanımdakı xanımlar idi, elə öz incəsənət yoldaşlarımdan idi. Ev yıxmaq üçün hazırdılar. Elə yazdılar ki, elə bil mən haralarda idim… Boşanma da buna görə oldu”.