EN

Tiflisdə etiraz aksiyası yenidən alovlandı

Gürcüstanın müxalifət partiyalarının nümayəndələri, onların tərəfdarları, eləcə də bir sıra fəallar Tbilisidə parlament seçkilərinin nəticələrinə qarşı yürüş təşkil edirlər.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə TASS-ın müxbiri məlumat yayıb.

Müxalifətçilərin və onların tərəfdarlarının bir qismi metronun "Mərcanişvili" stansiyasının yaxınlığında, bir qismi "Vake" parkının, bir hissəsi isə Gürcüstan Futbol Federasiyasının binasının yaxınlığında toplaşıb.

Onların hamısı artıq seçkinin nəticələrinə qarşı mitinq elan olunduğu parlament binasına çatmağı planlaşdırır. Müxtəlif universitetlərdən bəzi tələbələr də etirazçılara qoşulmağı planlaşdırırlar.

Qeyd edək ki, oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçirilib. Parlamentə daxil olan bütün müxalifət partiyaları seçkilərin nəticələrini saxta hesab etdikləri üçün nəticələri tanımaqdan imtina ediblər.

Noyabrın 4-dən müxalifət liderləri etiraz aksiyaları keçirir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

 

Chosen
63
10
milli.az

7Sources