EN

"Haber Global": UNFCCC icraçı katibi G20 liderlərinə çağırış edib

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Stil Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Braziliyada keçiriləcək G20 sammitində iştirak edəcək liderlərə mesaj göndərib.

“İki sahil” xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Dünyanın ən böyük iqtisadiyyatları üçün iqlimlə mübarizənin ən mühüm prioritetlər arasında olduğuna dair güclü siqnallar gözlədiyinə diqqət çəkən Stil qeyd edib ki, G20 heç bir ölkənin təkbaşına öhdəsindən gələ bilməyəcəyi problemləri həll etmək üçün qurulub və bu xüsusda qlobal iqlim böhranı G20 Sammitində bir nömrəli gündəm olmalıdır.

UNFCCC-nin icraçı katibi bildirib ki, iqlim dəyişikliyinin təsirləri artıq bütün G20 ölkələrinin iqtisadiyyatını alt-üst edib, tədarük zəncirlərini pozub və ərzaq qiymətlərinin və inflyasiyanın artmasına səbəb olub.

Stil qeyd edib ki, qlobal iqlimlə bağlı maliyyələşmənin artırılması daha güclü inkişaf, daha çox məşğulluq, daha az çirklənmə, daha təhlükəsiz və daha sərfəli enerji kimi faydalar gətirəcək.

"Bakıda danışıqlar aparan tərəflər yeni iqlim maliyyəsi hədəfi üzərində gecə-gündüz çalışırlar. Hələ qarşıda çox uzun yol var, lakin hər kəs COP-un yarısında olan risklərdən çox yaxşı xəbərdardır. G20 sammiti aydın qlobal siqnallar göndərməlidir. Danışıqlar prosesimizdən başqa iqlim maliyyələşdirilməsi üzrə irəliləyişin təmin edilməsi eyni dərəcədə önəmlidir və bunda G20-nin rolu kritikdir. Daha çox qrantlar və güzəştli maliyyələşdirmə təmin edilməlidir. G20 liderləri təlatümlü dövrdən keçən və parçalanmış dünyada beynəlxalq əməkdaşlığın hələ də bəşəriyyətin qlobal istiləşmədən xilas olmaq üçün sahib olduğu ən yaxşı şans olduğunu aydın şəkildə bildirməlidirlər. Başqa yol yoxdur", - Stil fikrini yekunlaşdırıb.

Chosen
10
1
ikisahil.az

2Sources