EN

Banqladeş sabiq baş nazir Hasinanın ekstradisiyasını tələb edəcək

Banqladeşin müvəqqəti hökumətinin sədri, Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunus deyib ki, onun administrasiyası devrilmiş baş nazir Şeyx Hasinanın Hindistandan ekstradisiyasını tələb edəcək.

APA xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

“Biz Hindistandan devrilmiş avtokrat Şeyx Hasinanın geri qaytarılmasına nail olacağıq. Mən artıq Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru Kərim Xanla bu məsələni müzakirə etmişəm”, - deyə Yunus bildirib.

O həmçinin bildirib ki, təkcə tələbə üsyanı zamanı ölənlərlə bağlı deyil, həm də bütün digər insan haqları pozuntuları, o cümlədən Hasinanın hakimiyyəti dövründə yoxa çıxma halları ilə bağlı araşdırmalar aparılacaq.

Chosen
43
1
apa.az

2Sources