EN

Yumurta beyin sağlamlığını qoruyur və ...

Yeni bir araşdırma yumurtanın beyin sağlamlığını qoruya biləcəyini və xolesterol səviyyəsini aşağı sala biləcəyini göstərib.

Ucnoqta.az xəbər verir ki, Kaliforniya San Dieqo Universitetinin (UCSD) tədqiqatçıları 900-ə yaxın insanın sağlamlıq məlumatlarını təhlil ediblər.
Həftədə iki-dörd yumurta istehlak edən tədqiqat iştirakçılarının qanda xolesterinin səviyyəsinin aşağı olduğu aşkar edilmişdir.

Tədqiqat iştirakçıların idrak funksiyalarını da araşdırıb.
Nəticələr daha çox yumurta istehlak edən qadınların qısa və uzunmüddətli yaddaşlarında daha az azalma yaşadıqlarını ortaya qoydu. Lakin kişilərdə eyni nəticə müşahidə olunmayıb.

UCSD-dən ictimai sağlamlıq tədqiqatçıları Donna Kritz-Silverstein və Rikki Bettencourt yumurtaların heç bir zərərli təsirinin olmadığını və hətta zamanla idrak funksiyasının qorunmasında mühüm rol oynaya biləcəyini söyləyib.
Kritz-Silverstein və Bettencourt da yumurtanın tərkibindəki zülalların, amin turşularının və xolesterinin beyin hüceyrələrinin quruluşunu və funksiyasını qoruya biləcəyini ifadə etdi. Yumurta aşağı yağ tərkibi və yüksək qida dəyəri ilə sağlam pəhrizin bir hissəsi hesab olunur.

Chosen
27
ucnoqta.az

1Sources