EN

Abxaziyada müxalifət prezidentin səlahiyyətlərinin vitse-prezidentə verilməsini istəyir

“Abxaz Xalq Hərəkatı” ictimai təşkilatının sədri Adqur Ardzinba bildirib ki, Suxumda etirazçılar baş nazir postunun müxalifət nümayəndəsinə keçəcəyi təqdirdə, hazırkı vitse-prezident Badru Qunbanı respublika rəhbərinin səlahiyyətlərini icra edən təyin etməyə razılaşacaqlar...

Poliqon xəbər verir ki, Ardzinbanın çıxışının videosu “Respublika” Telegram kanalında yerləşdirilib.

“Biz kompromis kimi Nazirlər Kabinetinin buraxılmasını və öz şəxsimizi baş nazir təyin etməyi təklif edirik. Belə ki, indiki prezident seçkilərə namizəd göstərilsə, o, inzibati resurslardan istifadə etməməlidir”, deyə Adqur Ardzinba bildirib. Müxalifət lideri əlavə edib ki, Bjaniya qərar qəbul etmək üçün “səhərə qədər vaxt istəyib”.

“Abxaz Xalq Hərəkatı”nın rəhbəri bildirib ki, etirazçıların sərt həbslərindən sonra müxalifət də ölkənin təhlükəsizlik blokunun bütün liderlərinin istefasını tələb edir.

Xatırldaq ki, noyabrın 15-də Abxaziyada kütləvi etiraz aksiyaları keçirilib. Etirazçılar hökumət binalarını zəbt edib və siyasi böhranı həll etmək üçün koordinasiya şurası yaradıblar. Müxalifət ölkə prezidentinin istefasını tələb edib. Noyabrın 17-də ölkə prezidenti Aslan Bjaniya müxalifəti dövlət çevrilişinə cəhddə ittiham edib və vəzifəsində qalacağını bəyan edib. Müxalifət buna cavab olaraq müvəqqəti hökumət yaratmaq planlarını bildiriblər.

Poliqon.info

Chosen
19
poliqon.info

1Sources