EN

Starmer Putinlə danışmaq kimi planının olmadığını bildirib

Böyük Britaniyanın baş naziri Keir Starmer deyib ki, Rusiya prezidenti Vladimir Putinlə telefon danışıqları aparmaq onun planlarına daxil deyil...

Poliqon xəbər verir ki, bu barədə Britaniya hökumətinin başçısı “Sky News” telekanalına müsahibəsində deyib:

“Kansler Şolts kiminlə danışır, onun işidir. Mənim Putinlə danışmaq fikrim yoxdur”, deyə Ştarmer sərt şəkildə vurğulayıb.

Ukraynadakı döyüş bölgəsindəki vəziyyətə toxunan Starmer bildirib ki, Kiyevin Qərb tərəfdaşları Ukrayna tərəfinə göstərilən yardımın həcmini artırmalıdır. Siyasətçinin sözlərinə görə, Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək G20 sammitində bu məsələ onun üçün prioritet olacaq.

Qeyd edək ki, dünən Fransa prezidenti Emmanuel Makron gələcəkdə Vladimir Putinlə telefon danışığı olacağını istisna etməyib. Fransa prezidentinin sözlərinə görə, dialoq “uyğun kontekst” olduqda baş tutacaq.

Bundan əvvəl Rusiya prezidenti ilə son iki ildə ilk telefon danışığını şərh edən Olaf Şolts tərəflər arasında dialoqu vacib adlandırıb, lakin hesab edib ki, ötən müddət ərzində Moskvanın Ukraynadakı münaqişə ilə bağlı mövqeyində çox az dəyişiklik olub. Eyni zamanda o, Kremllə dialoqun davam etdirilməsinin tərəfdarı olduğunu bildirib.

Poliqon.info

Chosen
40
poliqon.info

1Sources