EN

“Sazlı-sözlü kəlağayı günləri” adlı festival keçirildi

Noyabrın 16-da Tbilisidəki Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində “Sazlı-sözlü kəlağayı günləri” adlı festival keçirilib.

Kulis.az xəbər verir ki, Azərbaycanın Gürcüstandakı Səfirliyinin, Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin dəstəyi, Mirvarid Dilbazi Poeziya Məclisinin, Azərbaycan Kəlağayı Muzeyinin təşəbbüsü və təşkilatçılıgı ilə keçirilən layihə çərçivəsində “Kəlağayı yaşıl dünyaya töhfədir” adlı sərgi açılıb.

Sərgidə yaşı əsrlərə söykənən qədimi kəlağayılarla yanaşı, Şəki və İsmayıllının məşhur Basqal qəsəbəsinin istehsalı olan müasir kəlağayılar, Güllü Eldar Tomarlının yaşıl dünyanı özündə əks etdirən əl işləri nümayiş etdirilib.

Maraqlı konsert proqramı ilə davam edən tədbirdə aşıq Nargilə Mehdiyeva Azərbaycan xalq mahnılarını, Tbilisi məktəblərinin şagirdləri milli rəqslərimizi ifa ediblər.

Chosen
19
kulis.az

1Sources