EN

COP29 çərçivəsində İqlimə davamlı gələcək üçün insan inkişafına sərmayə qoyuluşu üzrə Yüksək Səviyyəli Görüş keçirilir

Bakı. Trend:

COP29 çərçivəsində İqlimə davamlı gələcək üçün insan inkişafınasərmayə qoyuluşu üzrə Yüksək Səviyyəli Görüş keçirilir.

Trend xəbər verir ki,moderatoru BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisiVladanka Andreava olan görüşdə elm və təhsili naziri EminƏmrullayev, COP29 baş danışıqçısı Yalçın Rəfiyev, əmək və əhalininsosial müdafiəsi naziri Sahil Babayev, UNİCEF, UNESCO və ÜmumdünyaSəhiyyə Təşkilatının nümayəndələri iştirak edir.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Xəbər yenilənəcək

Chosen
61
16
az.trend.az

10Sources