KXDR ərazisindən yenidən Koreya Respublikasına içində zibil olan şarlar buraxılıb.
İndex.az xəbər verir ki, bu barədə Seul rəsmiləri xəbər verib.
“KXDR cənuba doğru zibil balonları buraxır”, – Seul meriyasından bildirilib. Rəsmilər düşən əşyalarla davranarkən ehtiyatlı olmağa çağırıb.
Qeyd edək ki, bu, mayın sonundan 31-ci belə aksiyadır. Sonuncu dəfə səmada zibil topları oktyabrın 24-də peyda olub.