EN

““Qalatasaray”dan başqa komandada oynaya bilməz” - Okan Buruk

“Qalatasaray”ın baş məşqçisi Okan Buruk komandada icarə əsasında çıxış edən futbolçusu Viktor Oşimenin birdəfəlik transferi haqqında danışıb.

Bakıvaxtı.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, “Napoli”yə məxsus olan 26 yaşlı hücumçunun birdəfəlik keçidini reallaşdırmaq üçün əlindən gələni edəcəyini deyib: 

“Oşimenin transfer maddəsi var. Sərbəst qalma şərti 75 milyon avrodur. Futbolçu istəyərsə, “Qalatasaray” bütün yolları sınayacaq. Bəlkə indi olmaz, mövsümün sonunda olar. Oşimen burada xoşbəxtdir. “Qalatasaray”ın rəhbərliyi, baş məşqçisi və azarkeşləri nigeriyalı hücumçunun burada olmağını istəyir və nə lazımdırsa, edər. O, “Qalatasaray”dan başqa komandada oynaya bilməz”.

Qeyd edək ki, Oşimen bu mövsüm “Qalatasaray”ın heyətində 9 matçda 8 qol vurub və 4 qolun ötürməsini verib.

Chosen
4
3
bakivaxti.az

8Sources