EN

İraq ərazisindən İsrailə hücum olub, ölən və yaralılar var

İraq

İraqda yerləşən İslami Müqavimət Təşkilatı İsrailin Eylat liman şəhərindəki “həyati vacib hədəfə” pilotsuz uçuş aparatı (PUA) ilə hücum edib.

Reyting.az
xəbər verir ki, Yaxın Şərqdə qırğınlarını davam etdirən İsrail həm İslami Müqavimət Təşkilatının, həm də “Hizbullah”ın hücumuna məruz qalıb.

İraq mərkəzli İslami Müqavimət Təşkilatından bildiriblər ki, Qəzza və Livan xalqına dəstək məqsədi ilə İsrailin Eylat limanında “həyati hədəfə” PUA ilə hücum edilib. Hücum təşkilata yaxın sosial media hesablarında paylaşılıb.

İsrail ordusundan verilən açıqlamada hücumun qarşısını almaq üçün qabaqlayıcı raketlərin atıldığı, nasazlıq nəticəsində raketlərdən birinin Eylat şəhərinə düşdüyü bildirilib.

Digər tərəfdən, “Hizbullah”ın açıqlamasında Livanın Tayr Harfa kəndi yaxınlığında yerləşən İsrail ordusuna məxsus Merkava tankının idarə olunan raketlə vurulduğu qeyd edilib. Hücum zamanı İsrail əsgərlərinin öldüyü və yaralandığı bildirilir. Məsələ ilə bağlı İsrail ordusundan heç bir açıqlama verilməyib.

V. QULİYEV
Chosen
20
reyting.az

1Sources