EN

Entoni Qordon: “Çelsi”yə keçməyə yaxın idim”

“Nyukasl”ın yarımmüdafiəçisi Entoni Qordon 2022-ci ilin yayında “Everton”dan “Çelsi”yə keçməyə yaxın olduğunu açıqlayıb.

Arena.az xəbər verir ki, İngiltərə milli komandasının üzvü o vaxt həqiqətən də alman mütəxəssis Tomas Tuxelin rəhbərliyi altında oynamaq istədiyini bildirib:

İngilis futbolçunun bu barədə açıqlaması marağa səbəb olub:

“Düzünü desəm, “Çelsi”yə keçməyə olduqca yaxın idim. O vaxt mən Tomas Tuxellə işləməyi çox istəyirdim. Hiss edirdim ki, mənim oyun tərzim onun oyun tərzinə uyğun olacaq”, deyə Qordon bildirib.

Xatırladaq ki, həmin dövrdə “Çelsi”yə məhz Tomas Tuxel rəhbərlik edirdi. Hazırda isə alman mütəxəssis İngiltərə yığmasının baş məşqçisidir. O, bu komandadakı işinə 2025-ci ilin yanvar ayından etibarən başlayacaq. Beləcə, İngiltərə yığmasının üzvü olan Entoni Qordonun Tuxelin rəhbərliyi altında işləmək arzusu da gerçək olacaq.

Xatırladaq ki, Qordon 2023-cü ilin yanvar ayında 45,6 milyon avro qarşılığında “Everton”dan “Nyukasl”a keçib. O, bu mövsüm 13 oyuna çıxıb, 2 qola imza atıb, 1 assist edib. Qordonun “Nyukasl”ın heyətində statistikası belədir – 77 oyun, 15 qol və 12 məhsuldar ötürmə.

“Liverpul”un yetirməsi olan Entoni Qordon “Everton” və “Preston” klublarının da şərəfini qoruyub.

Qordon İngiltərənin U-18, U-19, U-20 yığmalarında, gənclərdən ibarət millidə forma geyinib. Bu ilin mart ayında isə o, əsas millidə debüt edib. Qordon İngiltərə yığmasının heyətində 9 oyuna çıxıb, 1 qola imza atıb.

“Transfermarkt” internet-portalı 23 yaşlı futbolçunun transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.

Chosen
7
arena.az

1Sources