EN

Türk dövlətləri üçün tarixi qərar: Ankaradan açıqlandı

Başda əlifba olmaqla bir çox mövzuda ortaq istifadə sahələrini müəyyən edən türk dövlətləri (Türk Dövlətləri Təşkilatı) bu dəfə ortaq lüğət və himn qərarı veriblər.

Teleqraf.com xəbər verir ki, bu barədə Türk Dövlətləri İncəsənət Universitetləri Birliyinin dönəm sədri, Ankara Musiqi və İncəsənət Universitetinin rektoru Ərhan Özdən məlumat verib.

Özden lüğətin uzunmüddətli dövrdə hazır olacağını bildirib.

Lüğətlə yanaşı, üzv ölkələri təmsil edəcək himnin də hazırlandığını deyən rektor, ortaq himndə türk millətinin keçmişindən bu günədək olan bənzərsiz tarixinin söz və melodiya ilə ifadə ediləcəyini vurğulayıb.

“Türk Dövlətləri Təşkilatının üzvü olan soydaşlarımızın anlaya biləcəyi dildə yazılmış, bizi ruhlandıracaq bir himndir. Yəni milli-mənəvi hisslərimizi gücləndirəcək, musiqinin birləşdirici gücünü göstərəcək bir himn olacaq”, - deyə Özdən qeyd edib.

Birlik sədri əlavə edib ki, lüğət işinin bir neçə il ərzində, himnin isə bundan daha qısa müddətdə tamamlanmasını gözlənilir.


Müəllif: Mənsur Rəğbətoğlu
Chosen
8
22
teleqraf.com

10Sources