EN

Azərbaycanda zinət əşyaları bahalaşır - YENİ QİYMƏTLƏR

Azərbaycanda qızıldan hazırlanan zərgərlik məmulatlarında ciddi qiymət artımları müşahidə edilir.

 

Sfera.az xəbər verir ki, bunun səbəbi son aylarda beynəlxalq birjalarda xalis qızılın bahalaşmasıdır. Son bir ildə xalis qızılın qiymətində 30 faizdən çox artım baş verib.

 

Bir il əvvəl beynəlxalq birjalarda 2033 dollara satılan xalis qızılın bir troya unsiyasının dəyəri hazırda 2600 dollara yaxındır. Qızılın dəyəri oktyabrda daha yüksək olub. Oktyabrda qızılın bir troya unsiyası 2800 dollara qədər bahalaşmışdı. “Nəcib metal”ın bu qədər dəyərlənməsi ondan hazırlanan zinət əşyalarının da qiymətinə təsir edib.

 

Dövlət Statistika Komitəsinin qiymət müayinəsinə əsasən, 2023-cü ilin sonunda 5 qramlıq 750 əyar qızıl üzüyün qiyməti 597 manat olduğu halda, oktyabrda 700 manata qədər artıb. Son 10 ayda Azərbaycanda qızıl üzüyün dəyəri 103 manat və ya 17,2 faiz artıb. Noyabrda beynəlxalq birjalarda qızılın dəyəri xeyli azaldığından ondan hazırlanan zinət əşyalarının dəyərində bu ayda ciddi dəyişiklik baş verməyəcək.

 

Noyabrda qızılın ucuzlaşmasına baxmayaraq, beynəlxalq maliyyə qurumlarının proqnozuna görə, qarşıdakı aylarda qızılın yenidən bahalaşması ehtimalı yüksəkdir. Buna görə də qarşıdakı aylarda qızıldan hazırlanan zinət əşyalarının da dəyərinin yüksələcəyini proqnozlaşdırmaq olar.

 

Vasif

Sfera.az

 

Chosen
39
sfera.az

1Sources