EN

Rusiyanın hərbi bazaları ABŞ raketlərinin hədəfindədir

Rusiyanın

Yeni seçilmiş prezident Donald Trampın Ukraynaya yardımı kəsmək təhlükəsi ABŞ-nın prezidenti Co Baydeni ukraynalılara yardım məsələsində qəti addımlar atmağa sövq edib.

Reyting.az
-ın xəbərinə görə, analitik Samuel Ramani əmindir ki, Kursk vilayətində ATACMS-dan istifadə Ukrayna Silahlı Qüvvələrinin vəziyyətini tez bir zamanda yaxşılaşdıra, həmçinin Rusiya prezidenti Putini KXDR-dən yeni hərbi kadrlar cəlb etməkdən çəkindirə bilər.

S. Ramani deyib ki, indi Ukrayna Kursk vilayətindəki Xalino hərbi aviabazasına sistemli şəkildə hücum edə biləcək:

“Bundan əlavə, ruslar planer bombardmanı üçün istifadə etdikləri təyyarələrin 90 faizini qabaqcadan geri çəksələr də, 17 hava bazası və 250 əsas hərbi qurğu ATACMS-in əhatə dairəsində qalır”.

Analitik əlavə edib ki, D. Trampın andiçmə mərasiminin yaxınlaşması ilə ABŞ, nəhayət Ukraynanın qələbəsi uğrunda mübarizədə tam birləşib: “Bu, ümidverici dönüşdür, lakin Ukrayna üçün çox az və gec ola bilər”.

Qeyd edək ki, ABŞ prezidenti C. Bayden Rusiya ərazisində ATACMS, “Fırtına kölgəsi” və SCALP zərbələrinə qoyulan qadağanı götürüb. Məlumatlara görə, Ukrayna ordusu artıq Kursk bölgəsində bu slahlardan Rusiya və Şimali Koreya qüvvələrinə zərbələr endirə bilər.

Onu da qeyd edək ki, Rusiya belə qərarların qəbulunun NATO-nu Ukraynadakı müharibənin birbaşa iştirakçısına çevirəcəyi ilə hədələyib.

E. KAMAL
Chosen
21
24
reyting.az

10Sources