EN

Abxaziya bir sıra qeyri-hökumət təşkilatlarının Qərbdən maliyyələşdirdiyini iddia edib

Ədliyyə Nazirliyinin rəhbəri Bartsits: Qərb illərdir Abxaziyadakı QHT nümayəndələrini maliyyələşdirir...

Bir neçə ildir ki, Qərb ölkələrinin xüsusi xidmət orqanları Abxaziyada bir sıra qeyri-hökumət təşkilatlarının bəzi nümayəndələrini maliyyələşdirir.

Poliqon TASS Agentliyinə istinadə xəbər verir ki, bunu tanınmamış respublikanın ədliyyə naziri Anri Bartsits deyib.

Bartsitsin sözlərinə görə, bu maliyyələşmənin məqsədi Abxaziyada vəziyyəti gərginləşdirmək, xaos yaratmaq və tanınmamış respublikanın beynəlxalq aləmdə mənfi imicini yaratmaq olub.

Bartsits əlavə edib ki, abxaz müxalifətinin nümayəndələrinin hərəkətlərində hakimiyyəti ələ keçirmək və saxlamaq cəhdinin əlamətləri var.

Qeyd edək ki, Abxaziyada Moskva və Suxum arasında investisiya sazişi ilə bağlı etirazlar davam edir. Etirazçılar Rusiya ilə münasibətlərə qarşı olmadıqlarını, lakin rus oliqarxlarının mümkün sui-istifadələrindən narahat olduqlarını bildirirlər. Noyabrın 15-də nümayişçilər hökumət binaları kompleksini ələ keçirərək prezident Aslan Bjaniyanın istefasını tələb ediblər. Buna cavab olaraq hakimiyyət sazişin ratifikasiya layihəsini geri götürməyə söz verib.

Poliqon.info

Chosen
12
poliqon.info

1Sources