UEFA Millətlər Liqasının 5-ci turunda Danimarka yığması ilə səfər oyunundan sonra üç futbolçusu İspaniya yığmasının düşərgəsindən uzaqlaşmalı olub.
Offsideplus.az xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyasının (RFEF) mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Martin Subimendi və Aleks Baena zədə səbəbindən, Mikel Oyarsabal isə sarı vərəqə limitinə görə, növbəti turda yığmaya kömək edə bilməyəcəklər.
Bununla da hər üç futbolçu son Avropa çempionunun düşərgəsindən ayrılıb.