Özbəkistanın Səmərqənd vilayətinin Nurabad rayonunun 19 yaşlı sakini 3 il müddətinə azadlıqdan məhrum edilib.
Publika.az xəbər verir ki, məhkəmə onu "Telegram" vasitəsilə dini ekstremist məzmunlu beş mahnı yaymaqda təqsirli bilib. Oğlan mahnıların məzmununu başa düşmədiyini söylədi.
İş materiallarına görə, gənc oğlan "Telegram" messencerində qrup yaradıb və orada il yarım ərzində internetdən yüklənmiş dini mahnıları yerləşdirib. Onların tərkibində ekstremist və radikal ideyaların olduğu qeyd edilir.
“Bu mahnıları müxtəlif kanallarda eşitmişəm. Onları bəyəndim və mahiyyətini anlamadan qrupa yüklədim. Mən ərəb dilini ümumiyyətlə bilmirəm, sadəcə melodiyaları bəyəndim”, - deyə təqsirləndirilən şəxs məhkəmədə bildirib.