EN

Noyabrın 25-də Gürcüstan parlamentinə Nazirlər Kabinetinin tərkibinin yenilənməsi təklifi daxil olacaq

Gürcüstan hökumətinin yenilənmiş tərkibinə dair təklif noyabrın 25-də təsdiqlənmək üçün parlamentə gedəcək.

"Operativ Media" xəbər verir ki, bunu hökumətin iclasında respublikanın baş naziri İrakli Kobaxidze deyib.

“Gələn bazar ertəsi (25 noyabr) hökumətin tərkibi Gürcüstan parlamentinə təqdim olunacaq", - o, qeyd edib.

Qeyd edək ki,  oktyabrın 26-da keçirilən seçkilərin yekunu üzrə seçilən yeni parlament noyabrın 25-də ilk iclasını keçirəcək. 

1Sources