EN

Banqladeşdə denge qızdırmasından ölənlərin sayı 415-ə çatıb

Banqladeşdə denge qızdırmasından ölənlərin sayı ilin əvvəlindən 415-ə yüksəlib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Cənubi Asiya əyalətinin Səhiyyə Xidmətləri Baş İdarəsi məlumat yayıb.

Son 24 saat ərzində səkkiz ölkə sakini viral qızdırmadan ölüb, 1389 xəstə xəstəxanalara çatdırılıb. Denge xəstəliyinin əsas mənbəyi Dəkkə və onun ətrafındadır.
 Xəstəliyin əlamətləri olan 4035 xəstə ölkə üzrə xəstəxanalarda müalicə olunur. 2024-cü il yanvarın 1-dən Banqladeşdə 79 984 denge xəstəliyinə yoluxma halı qeydə alınıb.

Banqladeşdə qızdırmanın ilk böyük epidemiyası 2000-ci ildə baş verib və o vaxtdan bəri xəstəlikdən ölüm nisbəti hər il yüksək olaraq qalır.
 2023-cü ildə qızdırmadan ölənlərin sayı 1700 nəfəri keçib, yoluxanların sayı 321 min nəfərə çatıb.///tass

Chosen
19
ucnoqta.az

1Sources