EN

Bakı İnsan İnkişafı üzrə İqlim Dayanıqlılığı Rəhbər Prinsipləri qəbul edilib

Bakı İnsan İnkişafı üzrə İqlim Dayanıqlılığı Rəhbər Prinsipləri qəbul edilib.

"Report" xəbər verir ki, bu barədə noyabrın 18-də COP29 çərçivəsində ilk dəfə keçirilən İnsan İnkişafı tematik Günündə "İqlim dayanıqlılığı üçün Bakı İnsan İnkişafı təşəbbüsü" mövzusunda yüksək səviyyəli birgə iclasda razılıq əldə olunub.

Bildirilib ki, sənəddəki prinsiplər iqlim təsirlərinə qarşı mübarizə aparmaq üçün inteqrasiya olunmuş yanaşmanı əks etdirir, təhsilin əhəmiyyətini xüsusi vurğulayır.

Qeyd edək ki, tədbir COP29 Sədrliyi tərəfindən, Elm və Təhsil Nazirliyi, eləcə də Asiya İnkişaf Bankı, Yaşıl İqlim Fondu, Beynəlxalq Əmək Təşkilatı (ILO), UNESCO, UNICEF və ÜST kimi beynəlxalq qurumların tərəfdaşlığı ilə keçirilib.

Foto: Vüqar Xanlarov

Chosen
32
4
report.az

5Sources