İkinci Liqada mübarizə aparan "Şəmkir" futbol klubunun yeni baş məşqçisi müəyyənləşib.
QOL.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Bu vəzifəyə Azərbaycan millisinin və "Qarabağ"ın sabiq futbolçusu Vüqar Nadirov təyin edilib.
37 yaşlı V.Nadirovla 6ay+1illik müqavilə imzalanıb. "Şəmkir" hazırda liqada 9 oyundan 13 xalla 6-cı yeri tutur.
Qeyd edək ki, Vüqar Nadirov son olaraq ikinci liqanın digər təmsilçisi “Hypers Guba”da işləyib.