EN

COP29-da İnklüzivlik günü qeyd olunur – FOTO/VİDEO

Bakıda davam etməkdə olan COP29 beynəlxalq iqlim konfransında Yaşıl Zona proqramı üzrə müxtəlif tədbirlər keçirilir.

Bizim.Media xəbər verir ki, Yaşıl Zonanın İncəsənət pavilyonunda İnklüzivlik günü qeyd olunub. 

Tədbirdə autizmli gənclərdən ibarət " Mavi ürəklər" qrupu iştirak edərək, müxtəlif nömrələrlə çıxış ediblər. Onların çıxışları tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

"Birgə və sağlam" İctimai Birliyinin təsisçisi Aytən Eynalova Bizim.Media-ya inkluziv cəmiyyətin formalaşmasının əsas məsələlərdən biri olduğunu bildirib:

""Birgə və sağlam" İctimai Birliyinin nəzdində fəaliyyət göstərən autizm mərkəzi var. 11 ildir Heydər Əliyevin fondunun dəstəyi ilə fəaliyyət göstərir. Hazırda ölkəmizdə inkluziv cəmiyyətin formalaşması çox vacibdir və prioritet sahələrdən biridir. Bizim də "Mavi ürəklər" adlı xor və ritm qrupumuz var ki, üzvləri autizmli və inkluziv gənclərdir. COP çərçivəsində "Mavi ürəklər" xor və ritm qrupunun həm xor, həm ritm, həm də solo çıxışları ilə inkluzivliyə ən gözəl nümunəni göstərmiş olduq".












Günay Şahmar, Bizim.Media

Chosen
23
45
bizim.media

10Sources