EN

Tehran Konvensiyasına əməl etməyən rejim varsa, o Tehrandakıdır- ÖZƏL

"Iran Parlamentinin üzvü  Fədahüseyn Malikinin guya Böyük Britaniya və İsrail şirkətlərinin Azərbaycanda olması nəticəsində Xəzərin çirklənməsi haqda dedikləri cəfəngiyytadır, onun qərəzliliyi ilə yanaşı, ekilogiya haqda anlayışının  olmamasından , SEPAH-ın tezisləri üzrə çıxış etməsindən xəbər verir.  Xəzəryanı dövlətlər arasında onun ekologiyasına ən həssaslıqla yanaşan ilk növbədə Azərbaycandır. Tehran Konvensiyasına əməl etməyən  rejim varsa, o Tehrandakıdır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib: "İran Prezidentinin COP-29-a qatılmaması da elə sözü gedən rejimin təkcə Azərbaycana yox, həm də eklogiya məsələlərinə yanaşmasını ortaya qoymurmu? Maliki bildirir ki, guya İsrail rəsmiləri  COP29-da  olduqlarına görə İran Prezidenti Bakıya gəlməyib. Maraqlıdır bəs onda  BMT-nin İsrail rəsmiləri də qatılan digər tədbirinə İran Prezidenti niyə getmişdi, özü də həmən təbdir "Böyük Şeytan" adlandırdıqları ABŞ-də keçirilirdi?"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
43
1
olaylar.az

2Sources