EN

Braziliya prezidentinin həyat yoldaşından Mask barədə sərt sözlər

Braziliya prezidenti Luis Silvanın həyat yoldaşı Rosangela da Silva İlon Maska qarşı sərt ifadələr işlədib.
 
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, G20 Sammitindən əvvəl keçirilən tədbirdə səslənən bu açıqlamalar sosial mediada böyük əks-səda doğurub.
 
Elon Mask \"X\" hesabından etdiyi paylaşımda Rosangela da Silvanın açıqlamalarını ələ salıb.
 
Mask Braziliya hökuməti və Rosangela da Silvaya istinad edərək \"Növbəti seçkidə uduzacaqlar\" deyib.

Braziliyada Ali Məhkəmə keçmiş prezident Jair Bolsonaroya qarşı çevriliş cəhdi istintaqı çərçivəsində bəzi istifadəçilərin məlumatlarını X-dən tələb edib və bəzi hesabların bloklanmasını istəyib.
 
Mask bu tələbləri rədd etdikdən sonra məhkəmə X platformasına girişi bloklayıb.

Mask bu qərara sərt reaksiya verib və \"İfadə azadlığı demokratiyanın təməl daşıdır və Braziliyada seçilməmiş sözdə hakimlər siyasi səbəblərdən onu məhv edirlər\" deyib.

G20 Sammitindən əvvəl baş verən bu hadisə Braziliyada ifadə azadlığı, siyasi gərginlik və sosial media platformalarının rolu ilə bağlı müzakirələri yenidən alovlandırıb.
 
Mikayıl
Chosen
29
azxeber.com

1Sources