Son
üç ildə Dövlət Məşğulluq Agentliyi 1600 peşə hazırlığı kursunu təşkil edib.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev "İqlim dəyişikliyinə
davamlı gələcək naminə insan inkişafına sərmayə qoyuluşu üzrə yüksək səviyyəli
görüş”də keçirilən panel müzakirələri zamanı deyib.
O
bildirib ki, bu proses növbəti illərdə də davam etdiriləcək.
Nazir
vurğulayıb ki, yaşıl iqtisadiyyata keçid onların əsas hədəflərindən biridir.
Ona görə də, yaşıl iş yerlərinin açılması və bu istiqamətdə işçi qüvvəsinin
hazırlanmasına diqqət ayrılacaq.
Sahil
Babayev qeyd edib ki, hazırda nazirlik tərəfindən yaşıl bacarıqlar üzrə kurslar
keçirilir.
Gülnar Nazimqızı
www.anews.az