EN

“İnsan kapitalının gücləndirilməsi ilə ekoloji təhdidlərlə birgə mübarizə aparmaq olar" - COP29 rəsmisi - FOTO

Bu gün Türk dövlətləri arasında əlaqələr ictimai-siyasi həyatın bütün sahələrində intensiv dinamika ilə inkişaf edir. Ölkələri tarixdən gələn bir sıra bağlılıqlar və vətəndaş cəmiyyətlərinin bir-birinə istəyi daha da birləşdirir.

Bizim.Media xəbər verir ki, bu sözləri Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru, COP29 təşkilat komitəsinin üzvü Aygün Əliyeva COP29 çərçivəsində "İnsan Kapitalı"nə həsr olunmuş türk dövlətlərini təmsil edən QHT-lərin Forumunda deyib.

O, bu görüşün keçirilməsinin çox önəmli olduğunu bildirib:

"Azərbaycan  Respublikasının  Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi “XXI əsr türk dünyasının inkişaf əsri olmalıdır”. Bu baxımdan, yalnız insan kapitalının gücləndirilməsi vasitəsilə Türk coğrafiyasının uzunmüddətli inkişafına nail olmaq və regionun üzləşdiyi ekoloji təhdidlərlə birgə mübarizə aparmaq olar".






Günay Şahmar, Bizim.Media

Chosen
12
bizim.media

1Sources