EN

Dubay şokoladı yeməyin - Bu xəstəlikləri yaradır!

Son günlər istehsalı və istehlakı geniş yayılan Dubay şokoladı bir çox xəstəliklərin yaranmasına səbəb ola bilər.

Turkustan.az xəbər verir ki, ekspert bunu bir-bir izah etdi.

Qida araşdırmaçısı Mərvə Bayram açıqlamasında deyib: “Həm Dubay şokoladında, həm də digər şokoladlarda olan şəkər, yağ, kofein və bəzi komponentlər həzm sisteminə mənfi təsir göstərə bilər. Bu mənfi xüsusiyyətlərdən bəziləri mədə turşusunu artıraraq reflüyə səbəb olması və mədə turşusunun geri sızması zamanı yanma hissinə səbəb olmasıdır. Bundan əlavə, tərkibində olan laktoza (südlü şokoladlarda) və şəkərlər bəzi insanlarda bağırsaqlarda qaz əmələ gəlməsinə səbəb ola bilər. Tərkibindəki yağ və şəkər bağırsaq hərəkətlərinə təsir edə bilər və mədə kramplarına səbəb ola bilər. "Bu vəziyyət xüsusilə bağırsaq sindromu olan şəxslər üçün daha aydın ola bilər" deyə istehlakçılara xəbərdarlıq etdi.

Dubay şokoladı tərkibindəki püstələrin bolluğu ilə diqqət çəkir. Bu fıstıqlara qarşı allergiyası olanlar üçün risk yarada bilər. “Fıstıq kremi fıstıq alerjisi olan insanlar üçün çox təhlükəlidir və ağır allergik reaksiyalarasəbəb ola bilər"- deyə, Mərvə Bayram bildirib.

Aytən Yaşar/ Turkustan.az

Chosen
18
turkustan.az

1Sources